Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon ictimaiyyəti arasında gender bərabərliyi mövzusunda maarifləndirici tədbir keçirilib

0

  •         Xocalı rayon İcra Hakimiyyətinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və "Gender Portun" birgə təşkilatçılığı ilə dekabrın 6-da "Qaçqınlar və məcburi köçkünlər arasında gender bərabərliyinin təşviqi" layihəsi çərçivəsində Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşmış Xocalı rayon ictimaiyyəti arasında maarifləndirici tədbir keçirildi.          Dövlət orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri üçün həyata keçirilən maarifləndirici layihənin "Gender Portun" tərəfindən koordinatoru Aytən Cəbrayılova və digər natiqlər çıxış edərək gender bərabərliyi haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, insan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır.       Qızlar və oğlanlar hər gün öz evlərində və icmalarında –mediada və onlara qayğı göstərən böyüklər arasında gender bərabərsizliyini görürlər.  Əfsuslar olsun ki, bugün dünyanın müxtəlif yerində qadınlar və cinsi azlıqlar haqsızlığa, zorakılığa, şiddətə məruz qalırlar.         Şübhəsiz, respublikamızda qadın hüquqlarına yüksək hörmət, ilk növbədə, xalqın əsrlər boyu formalaşan milli-mənəvi, əxlaqi dəyərlərindən irəli gəlir. Bununla belə, respublikamızda müəyyən köhnə ənənə və stereotiplərin təsiri altında gender bərabərliyi sahəsində müəyyən problemlərin mövcudluğu da etiraf olunmalıdır.Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırıldı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib32 dəfə
    Xocalı rayon ictimaiyyəti arasında gender bərabərliyi mövzusunda maarifləndirici tədbir keçirilib

    Maraqlı gələ bilər
    120
    33
    37
    39
    0